Polis parkda gəzintiyə çıxan koronavirus xəstəsini saxladı

Polis parkda gəzintiyə çıxan koronavirus xəstəsini saxladı

İsmayıllıda polis əməkdaşları tərəfindən dünən keçirilən nəzarət tədbirləri zamanı koronavirus xəstəsi ictimai yerdə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini Ağasəf Cavadzadənin COVID-19 testi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin olunub. Lakin həmin şəxs özünütəcrid qaydalarını kobud şəkildə pozaraq ictimaiyyət arasına çıxıb.

Polis əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu ərazidə aşkarlanan Cavadzadə tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb. Onun barəsində İsmayıllı RPŞ-də araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...