Arvadını vəhşicəsinə döyən kişi saxlanıldı

Arvadını vəhşicəsinə döyən kişi saxlanıldı

Ötən gün sosial şəbəkələrdə Bakı sakini D. Quliyevanın əri tərəfindən fiziki şiddətə məruz qalması ilə bağlı foto paylaşılıb.

Şəkildə qadının bədənində müxtəlif xəsarət izlərinin olduğu görünür. Qadını tanıyan şəxslər onun çox qorxduğunu, hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildiriblər.

“Qafqazinfo” məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. DİN-dən faktı təsdiqləyiblər və bildiriblər ki, Quliyevanın müraciəti Nazirliyin nəzarətinə götürülüb:

"Qanunvericiliyə uyğun olaraq, onun həyat yoldaşı Vüqar Şəfiyev Xətai rayonu Polis İdarəsinə dəvət olunub və saxlanılıb. V. Şəfiyev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...