Gürcüstan DİN “Lotu Quli”nin bacısı oğlundan kömək istədi

Gürcüstan DİN “Lotu Quli”nin bacısı oğlundan kömək istədi

Gürcüstanın Dimanisi şəhərində azərbaycanlı və gürcü icmaları arasındakı konflikt gürcü hökumətinin narahatlığına səbəb olub.

Qaynarinfo-nun xəbərinə görə, rəsmi Tiflisin narahatlığı o həddədir ki, konfliktə son qoyulması üçün "qanuni oğrular”ın yardımından istifadə etmək məcburiyyətində qalıb.

Fransanın "Le Monde" qəzeti Tiflisin keçmiş meri Gigi Uqulavaya istinadən yazır ki, artıq Gürcüstanın Daxili İşlər Nazirliyi Türkiyədə yaşayan azərbaycanlı "qanuni oğru” Məhəmməd Qurbanova müraciət edib.

Kriminal aləmdə "Maqa Rustavski” ləqəbi ilə tanınan Məhəmməd Qurbanov ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) bacısı oğludur. Məhəmməd Qurbanov kifayət qədər nüfuzlu "qanuni oğru”lardan sayılır. Elə bu səbəbdəndir ki, Gürcüstan DİN-i məhz ona müraciət edib.

Məhəmməd Qurbanov bir neçə il əvvəl Nadir Səlifovla konfliktdə olan gürcü əsilli "qanuni oğru” Quram Çixladze ("Kvejoeviç”) və dəstəsinin hücumuna məruz qalmışdı. Həmin olayda Məhəmməd Qurbanov bıçaqlansa da, həyatını xilas etmək mümkün olmuşdu.

Gürcüstan DİN “Lotu Quli”nin bacısı oğlundan kömək istədi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...