Şöbə rəisi Polis İdarəsinin qarşısındakı aksiyadan danışdı
“Avqustun 4-də 6 nəfər xanım əllərindəki boyanı Xəzər rayonu Polis İdarəsinin inzibati binasının üzərinə yaymışdılar. Daha sonra Polis İdarəsinin binasına icazəsiz daxil olmuşdular”.
“Qafqazinfo” xəbər verir ki, bunu “Amerikanın səsi”nə açıqlamasında Xəzər Rayon Cinayət-Axtarış şöbəsinin rəisi, polis mayoru Elnur İsmayılov deyib. Feminist fəalların Polis İdarəsi qarşısındakı aksiyasından danışan şöbə rəisi bildirib ki, onlarla söhbət aparılıb: “Törətdikləri hadisənin tərkib əməlində xuliqanlıq olmasına baxmayaraq, Azərbaycan xanımı olduqlarına görə humanistlik nümayiş etdirilib. Onların barəsində hər hansı bir intizam tədbiri görülməyib. Hadisə zamanı heç kim saxlanılmayıb. Onlar özləri Polis İdarəsinin binasına daxil olublar. Həmin şəxslərlə söhbət aparıldıqdan sonra sərbəst buraxılıblar”.
Xatırladaq ki, sözügedən şəxslər Polis İdarəsinin qarşısına toplaşaraq əri tərəfindən öldürülən Sevinc Məhərrəmovanın qətli ilə bağlı simvolik olaraq idarənin qapısına qırmızı boya atıblar. Onların iddiasına görə, idarəyə çağırıldıqdan sonra qadınlara qarşı təhqiredici söz və hərəkətlərdən istifadə edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev isə saytımıza bildirib ki, sözügedən şəxslərin iddiaları əsassızdır: "Bu, həqiqəti əks etdirmir. Heç bir şəxsə bu və ya digər baxımdan təzyiq göstərilməyib”.
730 dəfə oxundu