Erməni əsirliyində olmuş şəxs: “Dişlərimi çıxarırdılar”

Erməni əsirliyində olmuş şəxs:
“1993-cü ildə ermənilər tərəfindən əsir götürülmüşəm”.

“Report”un xəbərinə görə, bunu Birinci Qarabağ müharibəsi zamanı əsir götürülmüş azərbaycanlılara qarşı amansız işgəncələr verməkdə ittiham olunan erməni hərbçilər - Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş Rauf Qafarov deyib.

“Əsirlikdə olanda tikinti işləri üçün Ağdam və Füzulidə evləri söküb daşları daşıtdırırdılar. Ermənilər mənim dişlərimi çıxartdılar. Bizi seperatçı rejimin o vaxtkı “müdafiə naziri” Samvel Babayanın donuz fermasında fəhlə kimi işlədirdilər, yemək və su vermirdilər. Erməni uşaqlarını məktəbdən yanımıza gətirirdilər. Uşaqlar da bizi təhqir edirdi”, - o, əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
742 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...