Ağdama qanunsuz keçmək istəyənlər saxlanıldı

Ağdama qanunsuz keçmək istəyənlər saxlanıldı
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayonunun işğaldan azad olunmuş ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 3 nəfər saxlanılaraq RPŞ-yə gətiriliblər.

Araşdırmalarla onların Ağcabədi rayon sakinləri E.Quluzadə, N.Mamedov və E.Əliyev olmaları müəyyən edilib. Adıçəkilən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...