Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına icazə verildi
Keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin oğlu Toğrul Mehdinin ölkədən çıxışına icazə verilib.

“Report”un xəbərinə görə, bu barədə sosial şəbəkədə G.Hacıbəyli məlumat yayıb.

O bildirib ki, martın 11-də Bakı Apellyasiya Məhkəməsində oğlunun ölkədən çıxışına icazə verilməsi ilə bağlı şikayətinə baxılıb. Məhkəmə onun şikayətini təmin edib.

Qeyd edək ki, G.Hacıbəylinin oğlu T.Mehdi Almaniyada universitetə daxil olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1412 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...