Azərbaycanla sərhəddə qəzaya uğrayan İran qırıcısı

Azərbaycanla sərhəddə qəzaya uğrayan İran qırıcısı

İran Hərbi Hava Qüvvələrinin ötən gün qəzaya uğrayan MiQ-29 qırıcısının pilotu hələ tapılmayıb.

Virtualaz.org İranın “Mehr” agentliyinə istinadən xəbər verir ki, təyyarə Ərdəbil vilayətində, Savalan dağlarında qəzaya uğrayıb. Qırıcını təcrübəli pilot, polkovnik Məhəmməd Reza Rəhmani idarə edirdi. Onun taleyi barədə xəbər yoxdur, hərçənd bəzi KİV-lər iddia edirlər ki, pilot katapult edib və sağ qalıb, haradasa Savalan dağlarındadır və baza ilə əlaqə yaradıb.

Hava şəraitinin pis olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq pilotun axtarışları davam edir. İran Müdafiə Nazirliyindən belə deyiblər.

İran HHQ-nin silahlanmasında 36 MiQ-29 qırıcısı var, onlar iki eskadrilyada cəmləşib. Lakin maşınların bir çoxu işlək vəziyyətdə deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...