Nazirlik saatı 50 manata olan "priton"lar haqda açıqlama verdi

Nazirlik saatı 50 manata olan "priton"lar haqda açıqlama verdi

Daxili İşlər Nazirliyi (DİN) bəzi KİV-lərdə paytaxtdakı yaşayış evlərində və yeni inşa olunan binalarda əxlaqsızlıq yuvalarının fəaliyyət göstərməsi, həmin tikililərin bir çoxunda kirayə adı ilə verilən mənzillərdən "priton" kimi istifadə edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, milli mentalitetə, cəmiyyətimizdə bərqərar olmuş yüksək əxlaqi, mənəvi dəyərlərə zidd olan belə hallara, təəssüf ki, hələ də rast gəlinir.

Eyni zamanda qeyd olunub ki, nazirliyin aidiyyəti xidməti və ərazi polis orqanları bu qəbildən olan faktlara qarşı ciddi mübarizə aparır. Belə ki, bu ilin birinci rübündə təkcə nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimai mənəviyyat əleyhinə olan 27 belə fakt aşkarlanıb ki, bunların da 21-i mənzillərdə, 6-sı isə iaşə obyektlərində əxlaqsızlıq yuvalarının təşkili ilə əlaqədar olub.

Həmin faktların hər bir barəsində cinayət işi başlanılıb, istintaq aparılıb. Təkcə ötən il sözügedən qurum tərəfindən ictimai mənəviyyat əleyhinə olan ümumilikdə 120 cinayət müəyyən edilib ki, onlar barəsində də qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...