Azərbaycanda məktəb direktoru axtarışa verildi

Azərbaycanda məktəb direktoru axtarışa verildi


Azərbaycanda məktəb direktoru barəsində cinayət işi başlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, paytaxtda yerləşən 55 saylı orta məktəbin direktoru olmuş 1960-cı il təvəllüdlü Vahid Şahmar oğlu Dəmirov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir. İstintaqdan yayındığı üçün onun barəsində axtarış elan olunub.

55 saylı orta məktəbdən sayta bildirilib ki, V. Dəmirov may ayından işə çıxmır. Onun tutduğu vəzifədən azad olunması barədə əmrin olub-olmadığı məlum deyil. Hazırda polis V. Dəmirovun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...