Məşhur jurnalistin işlətdiyi “Topaz” məntəqəsindən oğurluq edilib

Məşhur jurnalistin işlətdiyi “Topaz” məntəqəsindən oğurluq edilib


Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “Topaz” məntəqəsindən oğurluq olub. “Report”un məlumatına görə, naməlum şəxslər gecə saatlarında obyektin qapısının qıfılını qıraraq oradan bir ədəd noutbuk oğurlayıblar.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 36-cı Polis bolməsinin əməkdaşları cinayəti torədən şəxlərin axtarışlarını davam etdirir.


Oğurluq edilən “Topaz” məntəqəsini ANS televiziya kanalının keçmiş idman jurnalisti Asif Bağırov işlədir.
A.Bağırov “Report”a açıqlamasında məlumatı təsdiqləyib. O, obyektdən noutbukla yanaşı, datakart və təxminən 400 manatlıq uduş kuponları da aparıldığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...