Azərbaycanlı qanuni oğru Türkiyədə irimiqyaslı “sxodka” keçirib

  Azərbaycanlı qanuni oğru Türkiyədə irimiqyaslı “sxodka” keçirib

Keçən həftə Türkiyədə postsovet məkanından olan “qanuni oğru”ların irimiqyaslı “sxodka”sı olub.

ANS PRESS-in məlumatına görə, Rusiya kriminal saytlarının yazdığına görə, əsasən Moskvada fəaliyyət göstərən Ded Hasan qruplaşmasının düşməni olan “qanuni oğru”ların toplaşdığı “sxodka”ya rəhbərliyi azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski edib.

“Sxodka”da Ded Hasan qruplaşmasına yaxın olan 4 belarus “qanuni oğru”nun Mumu, Paştet, Medveconok və Lebedin adı əlindən alınıb. Onların göstərilən etimadı doğrultmadığı, dəfələrlə frayerlər tərəfindən döyüldüyü göstərilib ki, oğru qanunlarına görə bu, yolverilməzdir.

Türkiyədə qəbul edilmiş qərar Ded Hasanın varisi Şakronun son addımlarına cavab kimi dəyərləndirilir. Şakro 15-ə yaxın qanuni oğrunun, o cümlədən Belarusdakı rəhbər Saşa Kuşnerin adının alındığını qeyd edib. Sxodkada çeçen "qanuni oğru" Əhməd Şalinskinin də ünvanına iradlar səslənib. Belaruslarla birlikdə taclandırılmış Əhməd sonradan üz döndərərək Ded Hasan tərəfdarlarına üz tutub və qanuni oğru adını onlardan alıb.

Rövşən bildirib ki, bu cür davranış "qanuni oğru"ya layiq deyil, ona görə də Əhmədi bu sıradan saymır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1610 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...