"Ermənilər 4 evə ziyan vurub" Tərtərin icra başçısı

"Ermənilər 4 evə ziyan vurub"


“Ötən gecə saat 22:00 radələrindən başlayaraq erməni silahlı qüvvələri Tərtər rayonunun cəbhəyanı ərazilərini ağır artilleriya atəşinə tutub. Artilleriya atəşi fasilələrlə saat 01:20-ə qədər davam edib”.

Bu barədə AzVision.az-a Tərtərin icra başçısı Müstəqim Məmmədov məlumat verib. İcra başçısı qeyd edib ki, düşmənin atdığı mərmilər Tərtərin Yuxarı Qapanlı kəndində 1 evi tamamilə dağıdıb: “Düşmən təxribatı nəticəsində Əskipara kəndində 3 evə ziyan dəyib. Rayon sakinlərindən xəsarət alan olmayıb. Həmçinin 35 KV-lıq İsmayılbəyli yarımstansiyasından gələn elektrik xətlərin vurublar. Dəymiş ziyanla bağlı məlumatlar Dövlət Komissiyasına təqdim edilib”,-deyə icra başçısı vurğulayıb.

Ümumilikdə gecə saatlarında gedən atışma nəticəsində Tərtərdə 4 evə ziyan dəyib. Qeyd edək ki, ermənilərin aprelin 25-dən 26-na keçən gecə Tərtər rayonunu artilleriya atəşinə tutması nəticəsində 20-dən çox evə ziyan dəymişdi. Həsənqaya və Qaynaq kəndində iki ev tamamilə dağılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
919 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...