Evə basqın edən oğru məhv edildi - RƏSMİ

Evə basqın edən oğru məhv edildi -
Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Bu barədə Gundeminfo.az -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şübhəli şəxs odlu silahla polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd edib.

Cəhdin qarşısı ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla polis əməkdaşları tərəfindən alınıb.

Şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib.

Hadisə yerindən cinayət aləti olan “Makarov” tapançası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...