“Məni qatı cinayətkar kimi həbs etdilər” - Polkovnik-leytenant
2022-ci ilin avqustunda DSX-nin hərbi hospitalında əsgər Mirkamal Cabbarovun xəstəlikdən vəfat etməsi ilə əlaqədar məsuliyyətə cəlb edilən tibb xidməti polkovnik-leytenantı Eldar Məmmədov barəsində seçilmiş qətimkan tədbirindən şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən E.Məmmədov bildirib ki, Bakı Hərbi Məhkəməsinin 15.03.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma-ehtiyatsızlıqdan ölümlə nəticələndikdə) maddəsi ilə təqsirli bilinib. Məhkəmə ona 1 il tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verib. Həmin tarixdə E.Məmmədov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də dəyişdirilib və o, məhkəmə zalındaca həbs edilib.
Şikayətçi zabit bildirib ki, o, istintaqdan heç vaxt yayınmayıb, həmçinin təqsirləndirildiyi maddə üzrə əməlin xarakterinə uyğun olmayan formada həbs edilib: “Cinayət Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, həbs qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində yalnız cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq halları mövcud olduqda seçilə bilər. Lakin mən birinci instansiya məhkəməsində bütün iclaslarda iştirak etmişəm, məhkəmədən gizlənməmişəm, eyni zamanda cinayət işinin materiallarının saxtalaşdırılması ilə istintaqın gedişinə mane olmaq və cəmiyyət üçün təhlükəli olaraq qalma halı da olmayıb. Dövlət Sərhəd Xidmətində uzun illər qüsursuz xidmət göstərmişəm, 2020-ci ildə Vətən müharibəsi dövründə yüzlərlə hərbi qulluqçunun həyatını xilas etmişəm, bununla bağlı bir cox təltiflər və medallar almışam. Habelə törətdiyim iddia edildiyi cinayət ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Bununla bağlı hətta Avropa Məhkəməsinin təcrübəsinə də nəzər salsaq görərik ki, şəxsə qarşı hətta ağır cinayətə dair ittiham irəli sürülməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinin müstəqil əsası deyil”.
E.Məmmədov əlavə edib ki, birinci instansiya məhkəməsi onun barəsində ən ağır cəzanı təyin edərkən bir sıra vəsatətləri təmin etməyib, ekspertiza rəylərini işə daxil etməyib: “Əksər hallarda bu kimi hökmlər çıxarılarkən azadlıqdan məhrum edilmiş şəxs məntəqə tipli müəssisəyə göndərilir. Uzun illər tibb sahəsində qüsursuz xidmət etsəm də, məni qatı cinayətkar kimi məhkəmə zalında həbs etdilər və barəmdəki qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya instansiyasına müraciət etsəm də, mənə rədd cavabı verildi. Bu, Azərbaycan ordusunda 22 il qüsursuz xidmət etmiş bir zabitə qarşı, ən yumşaq dildə desək, hörmətsizlikdir”.
Polkovnik-leytenantın sözlərinə görə, xidmətdə olduğu müddətdə əsgər M.Cabbarova bir neçə dəfə zəruri tibbi yardım göstərilməsi ilə bağlı göstəriş verib. Həmçinin həmin vaxt DSX-nin qəzaya düşmüş çavuşuna tibbi yardım göstərilməsi ilə bağlı işlərə də böyük vaxt sərf edib: “Mərhum Cabbarovu müalicə edərkən bütün hərəkətləri dəqiq və ardıcıllıqla qeyd etmişəm, ekspert olmadığımdan bu hərəkətlərin tibbi prosedurlara tam uyğun olub-olmadığı barədə bir söz deyə bilmərəm. Ona tibb məntəqəsinin bütün imkanları daxilində və vicdanla tibbi yardım göstərilib. Əgər əsgərdə hansısa ciddi patalogiya hiss etsəydim, dərhal həmin gün müvafiq tədbirlər görülərdi. Bütün müayinə tədbirlərini yerinə yetirdikdən sonra onda pnevmoniya xəstəliyinə xarakterik olan hansısa digər patalogiya aşkar etməmişdim”.
Məsələ ilə bağlı Bakı Hərbi Məhkəməsindən sorğumuza belə cavab verilib: “Bakı Hərbi Məhkəməsinin 15 mart 2024-cü il tarixli hökmü ilə Məmmədov Eldar Vaqif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 342.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə tibb sahəsində rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (Həmin maddənin sanksiyasında 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub).
Hökmün icrasını dərhal təmin etmək məqsədilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalında həbs edilərək saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilib.
Müdafiəçinin şikayəti əsasında iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır”.
672 dəfə oxundu