“Sədərək Yusif”lə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?

“Sədərək Yusif”lə Bakı Baş Gömrük İdarəsi arasında nə baş verib?

"Sədərək” Firması Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, Firmanın iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.

Aygün Abdullayeva iş üzrə hakim təyin edilib.

İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

"Sədərək” Firması iş adamı, "Sədərək Yusif” kimi tanınan Yusif Qədimbəyliyə məxsusdur. O, həm də "Sədərək” Ticarət Mərkəzinin sahibidir.

Bir müddət əvvəl Yusif Qədimbəyli sahibkar Arazxan Nəcəfovla aralarındakı qalmaqalla gündəmə gəlmişdi.

Arazxan Nəcəfov "Sədərək" Ticarət Mərkəzində icarədar olub. O, sözügedən ticarət mərkəzində 20 il mağaza işlədib. Devalvasiya zamanı onun biznesində problemlər yaranmağa başlayıb. Arazxan Nəcəfovun "Sədərək" Ticarət Mərkəzinin rəhbərliyinə 30 min manat borcu yaranıb.

Sahibkar mediada açıqlamasında deyib ki, Yusif Qədimbəylinin adamları bundan istifadə edərək onun mağazasını qapadıb. Mağazada 300 min manat dəyərində olan malı isə ələ keçiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
451 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...