Təcili tibbi yardım maşınının sürücüsünün törətdiyi qəza gizlədilir? - FOTO

Təcili tibbi yardım maşınının sürücüsünün törətdiyi qəza gizlədilir? -
Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsünün iş vaxtı qəza törətməsi və hadisənin gizlədilməsi iddiası yayılıb.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, sürücü Şəhriyar Məmmədov işdə olduğu halda, icazəsiz iş yerini tərk edərək, dostuna məxsus “Niva” markalı avtomobillə avtoxuliqanlıq edib. Nəticədə o, qəza törədib və xəsarət alıb.

Eyni zamanda, qeyd edilib ki, bu, Ş.Məmmədovun törətdiyi ilk qəza deyil və əvvəllər də dəfələrlə Salyan RMX-yə məxsus təcili tibbi yardım avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib. İddia edilib ki, həmin hadisələr gizlədilib.


Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən ay baş verib:
“Salyan rayon sakini Ş.Məmmədli rayon ərazisində tanışı C.Əhmədova məxsus “Niva” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb. Baş verən yol-nəqliyyat hadisəsi nəticəsində sürücü, eləcə də nəqliyyat vasitəsinin sahibi müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qeyd edilən faktla bağlı Salyan RPŞ-nin Təhqiqat Bölməsində müvafiq araşdırmalar aparılıb və hadisənin nəticələri barədə qanunvericiliyə uyğun tədbir görülüb”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Oxu.Az-a bildirilib ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sürücüsü Şəhriyar Məmmədlinin hadisəni törədən zaman iş günü olmayıb:

“Ötən müddət ərzində Salyan Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili yardım avtomobili ilə heç bir qəza faktı qeydə alınmayıb”.

Təcili tibbi yardım maşınının sürücüsünün törətdiyi qəza gizlədilir? -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
567 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...