Bakıda iki bacı müğənninin evinə basqın edib, onu döydü - TƏFƏRRÜAT
Müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq etməkdə təqsirləndirilən Hökumə Əşrəfzadə onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəməsi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərdən Rəhimə və Hökumə Əşrəfzadə bacılarına ittiham aktı verilməyib.
Bu səbəbdən proses noyabrın 24-nə təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, təqsirləndirilən şəxslər qisas məqsədilə Elçin Zəka ləqəbli toy müğənnisinin evinə basqın ediblər. Zərərçəkmiş şəxsə qarşı quldurluq edilib və daha sonra döyülüb.
Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, Z.Yusifov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 326.2 maddələri ilə ittiham irəli sürülüb./Report.az
672 dəfə oxundu