Sabiq məktəb direktoru rüşvətə görə ev dustağı edildi

Sabiq məktəb direktoru rüşvətə görə ev dustağı edildi
Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyev barəsində cinayət işi başlanılıb.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Tağıyev direktor işlədiyi müddətdə işçilərdən külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaşı ilə bağlı onun barəsində istintaq dövrü müddətində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, İngilis Tağıyev bir il əvvəl yaş həddi ilə bağlı təqaüdə göndərilib. Bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
570 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...