Plana düşən evlərə niyə dəyərindən az kompensasiya verilir? VİDEO

Plana düşən evlərə niyə dəyərindən az kompensasiya verilir?


Əmlak bazarında aydan-aya qiymətlər artsa da, hansısa bina yaxud da fərdi evlərin söküntüsü zamanı sakinlərə təklif edilən kompensasiyanın məbləği dəyişmir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu qənaətdədir.

Onun sözlərinə görə, mənzillərin qiyməti və kompensasiya həcminin artım tempi arasında böyük fərq var.
Ətraflı

O qeyd edib ki, təklif edilən kompensasiya ilə əksər hallarda vətəndaşlar yeni ev almaqda çətinlik çəkirlər

Elnur Fərzəliyevin sözlərinə görə, bu uyğunsuzluq özünü paytaxtın mərkəzi hissələrində daha qabarıq formada büruzə verə bilər.

Ekspert əlavə edib ki, hazırda söküntüyə görə kompensasiyalar əsasən tikintini həyata keçirən şirkətlər tərəfindən müəyyən edilir. Kompensasiyaların ödənilməsi zamanı mütləq şəkildə əmlak bazarı araşdırılmalı və buna əsasən qərar verilməlidir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...