Beynəlxalq axtarışda olan sabiq müstəntiq tutulub

Beynəlxalq axtarışda olan sabiq müstəntiq tutulub
Binəqədi Rayon Prokurorluğunun beynəlxalq axtarışda olan sabiq əməkdaşı Adil Qədirov tutulub.

DİN -in mətbuat xidmətindən bildiririlib ki, axtarışda olan şəxs polisin keçirdiyi tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, 2014-cü ildən Binəqədi Rayon Prokurorluğunun sabiq əməkdaşı, 1958-ci il təvəllüdlü Qədirov Adil Rəsul oğlu Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

A. Qədirov Azərbaycanda olmadığından onun tutulması üçün İnterpola müraciət edilib.

A. Qədirov əvvəllər Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışıb.
apa.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...