Çingiz Mehdiyev həbs edilmədi - Əmlakları da özündə qalacaq

Çingiz Mehdiyev həbs edilmədi -
Bakı Şəhər Halqası əməliyyat şirkətinin “Formula 1”in təşkili üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə ələ keçirilmiş pulları leqallaşdırmaqda ittiham olunan keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hakim Leyla Əsgərova-Məmmədova bəyan edib ki, təqsirləndirilən şəxsə külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb. Bu əsasla o, qeyd olunan ittihamlarla təqsirli bilinir, lakin mənimsəmə epizodu üzrə dəymiş ziyan tam ödənildiyindən həbslə bağlı olmayan cəza təyin edilir.

Hökmə əsasən, Çingiz Mehdiyevə 8 il müddətinə şərti cəza verilib. Onun 1 milyonluq əmlakı (evlər və torpaq sahələri) üzərinə qoyulmuş həbs qərarı da ləğv edilib.

Beləliklə, Çingiz Mehdiyev 1 illik məhkəmə araşdırmasının nəticəsi ilə üzləşib. O, son anda dövlətə dəymiş ziyanı ödəməsi sayəsində azadlıqda qala bilib.

Qeyd edək ki, məhkəmə istintaqının sonunda prokuror Çingiz Mehdiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi. Bu tələbdən sonra o, 397 min 892 manat ziyanı geri ödəyib. Prokuror ödənişi təsdiq edən sənədi əldə etdikdən sonra əvvəl tələb etdiyi 10 illik həbs cəzasını şərti cəza ilə əvəzləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...