Azərbaycanda kartof niyə bahalaşır?
Əslində bu mövsümdə kartofun bahalaşması normaldır. Daxili stoklar tükənib. Əsasən idxaldan asılı olduğumuza görə qiymətlər bahalaşa bilər. Amma idxalla bağlı problem varmı? Yoxdur. Nə İrandan, nə Gürcüstandan, nə də Rusiya və Belarusiyadan kartof idxalı ilə bağlı problem yoxdur. Əsas idxalçılar olan ölkələrdə də qiymətlər bahalaşmayıb.
O zaman niyə qiymətlər bahalaşıb?
Bu məqama diqqət edək.
Bazar uğrunda 2 aydır dava gedir. Məsələn martın 31-də Gürcüstandan “Elvin 060” MMC-nin idxal etdiyi “OOO GEO Export” şirkətinə məxsus 24500 kq ərzaqlıq kartof yararsız elan edilib məhv edildi. Ondan qabaq da fevralın 11-də İrandan Azərbaycana gətirilən 47 min 400 kq ərzaqlıq kartof məhsulu partiyasında uyğunsuzluq aşkarlandı və məhv edildi(report.az). Yəni AQTA müsbət rəy verib sərhəddən buraxır. Sonra daxili bazarda dava başlayır. Bazarı "təmizləyib" qiyməti qaldırırlar. Yaxşı da pul qazanır "qaliblər".
Bu qədər sadə. Qiymət bazarda qıtlıq yaradandan, tonlarla kartofu yararsızdır deyib məhv etdikdən sonra yüksəlir.
Gundeminfo
119 dəfə oxundu