Zaur Mikayılova Ucardan xəbər verirlər - boruları satırlar

Zaur Mikayılova Ucardan xəbər verirlər -
Ucar rayon Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov böyük su boruluranı oğurlayıb satmaqla məşğuldur. Artıq çoxlu sayda böyük həcmli su boruları satılmaq üçün yerlərdən qazılaraq çıxarılıb idarənin (su anbarının) həyətinə yığılıb.

Gundem.info.az-a daxil olan məlumata əsasən Zaur Əzizovun özü ilə vəzifəyə gətirdiyi Zərdab rayon sakini Ceyran Miraslanlı operator vəzifəsində işləsədə müdir müavini Zaur Əzizovun yanında oturub bütün işlərə nəzarət edir. Necə deyərlər Ucar Su Meliorasiya Sistemləri Birliyinə yeni təyin edilmiş rəis müavini Zaur Əzizov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun adamı olmasını bildirirərək talançılığa artıq start verib.Belə getsə Ucarda su boruları qalmayacaq.
Zaur Mikayılova Ucardan xəbər verirlər -

Zaur Əzizov vəzifəyə gəldiyi ilk gündən Ucar rayonunda suyun verilməsi azaldılıb abonentlərdən əlavə pullar tələb olunur. Sayğaclara müdaxilələr edilir ki, bu yolla vətəndaşların cibini soya bilsinlər.Ucar Su Meliorasiya Sistemləri Birliyinin bütün texnikaları hər gün xalturaya cəlb edilir. Əldə edilən pullar Zaur Əzizov tərəfindən bölünür.
Zaur Mikayılova Ucardan xəbər verirlər -

Qeyd edək ki, Ucar Su Meliorasiya Sistemləri Birliyinin müdiri Müşfiq Məmmədov rayon icra başçısı Mənsur Məmmədovun qardaşıdır.Zaur Əzizovun isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəisi Zaur Mikayılovun adamı olduğu deyilir. Elə bu səbəbdəndir ki, Zaur Əzizov müdiri Müşfiq Məmmədovu saya salmır idarədə əməlli başlı hegomonluq edir.

Ucar rayonunda suvarma sistemləri bərbad vəziyyətdədir, su kanalları vaxtlı -vaxtında təmizlənmir. İdarəyə ayrılan yanacaqlar və digər vəsaitlər satılaraq talan edilir. İllərlə təmizlənməyən kanalların ildə bir- neçə dəfə təmzilənməsinə dair saxta sənədləşmələr aparılaraq dövlətin ayırdığı vəsaiti mənimsəyirlər.

Buna görə də hüquq mühafizə orqanları Ucar Su Meliorasiya Sistemləri Birliyinin fəliyyətini araşdırıb qanunu tədbirlər görməlidilər.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
94 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...