Naxçıvan Təhsil Nazirliyində yoxlama - faktlar hüquq-mühazifə orqanlarına göndərildi
Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində audit yoxlamasını yekunlaşdırıb.
TNS-in əldə etdiyi məlumata görə, auditin nəticələri hüquq-mühafizə orqanlarına göndərilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu yaxınlarda mətbuata açıqlamasında bildirmişdi ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir.
Bu məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin plenar və komitə iclaslarında da müzakirə olunub.
Deputat Elman Cəfərli mayın 22-də keçirlən plenar iclasda Nazirlər Kabinetinin ötənilki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı, xüsusən komitə səviyyəsində Təhsil Nazirliyinin fəaliyyətinə dair qeydlərini bir daha səsləndirib.
“Bildiyimiz kimi, 2024-cü ilin 24 yanvar 1 aprel tarixləri arasında Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində 2023-cü ildə nazirlik və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditini aparıb. Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Komitə iclasında bu məsələnin müzakirəsində təhsil nazirinin müavini də iştirak edirdi. Mən şəxsən həmin sualı ünvanladım, aydın oldu ki, siniflərin komplektləşdirilməsində həqiqətən ciddi problemlər var. Maraqlıdır ki, bu problemlərin davam etməsi şüurlu şəkildə qəbul olunub. Təhsil nazirinin müavini mənim “Şagirdlərin sayının şişirdilməsi, gərək olmadığı, qanunvericiliyə, təlimata uyğun olmadığı halda siniflərin yaradılması və ya açılması məsələsinə niyə göz yumulur?” sualıma belə cavab verdi ki, onları ləğv etsək, 300-ə qədər müəllim işsiz qala bilər. Nazir müavini dedi ki, onlar bu məsələni Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi ilə şifahi şəkildə razılaşdırıblar. Amma göründüyü kimi, Hesablama Palatası şifahi razılaşmalarla işləmir, Azərbaycan Respublikasının qanunvericiliyi əsasında işləyir. Mən özüm də ixtisasca müəlliməm, biz müəllimlərin işsiz qalmasını heç bir şəkildə arzulamırıq. Buna da əminik ki, həmin 300 müəllim işə götürülərkən onlara saxta siniflər açılması, şagirdlərin sayının şişirdilərək onlara dərs saatı verilməsi məsələsi gündəlikdə olmayıb”, - Elman Cəfərli bildirib.
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində ciddi qanun pozuntularına yol verilib. Hüquq-mühafizə orqanlarında aparılan araşdırmalardan sonra həbslər ola bilər.
279 dəfə oxundu