İcra başçısı "Yasamalda yaşıllıqlara son" prinsipinə sadiqdir

İcra başçısı "Yasamalda yaşıllıqlara son" prinsipinə sadiqdir
Xəbər verdiyimiz kimi, Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsi 45a ünvanında yaşıllıqlar məhv edilərək,yerində köşklər qoyulur, yeni tikililər salınır.

Qaynarinfo-nun məlumatına görə, dünən gecə isə növbəti hədəf 4b ünvanı olub. Həmin ünvanla üzbə-üz küçədə piyada səkisinin yaxınlığında hündür ağac kəsilib.

İnsanların diqqətini başqa yerə çəkmək üçün həmin ağacın qırıntılarını sözügedən əraziyə yığaraq, kol-kos görüntüsü yaradıblar.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda araşdırma aparılır. Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən zənglərimizə cavab verən olmayıb.

Əldə etdiyimiz məlumata görə, sözügedən ərazidə iri ticarət mərkəzinin tikintisi məqsədilə yaşıllıqlar məhv edilib. Ərazidə illər əvvəl 10-dan artıq ağac var idisə, hazırda 1 ağac qalıb. Bu isə ətrafda yaşayan insanların haqlı narazılığına səbəb olub.

Qeyd edək ki, bir neçə ay əvvəl Yeni Yasamalda 77 nömrəli avtobus dayanacağının yanında, daha doğrusu Əsəd Əhmədov 45a ünvanında yaşılıqlar məhv edilərək, yerində bir mərtəbəli obyekt tikilib. Məsələ ilə bağlı müvafiq qurumlar hələ də tədbir görməyib.







Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...