“Mətanət A” şirkətində əcaib qadağa

  “Mətanət A” şirkətində əcaib qadağa

Ölkənin aparıcı şirkətlərindən olan “Mətanət A” şirkəti keçmiş işçisinə ödəməli olduğu əmək haqqını ödəməkdən imtina edir.
Yeniavaz.com-a bu barədə “Mətanət A” şirkətinin keçmiş işçisi Vüqar Məmmədov şikayət ünvanlayıb.
Vüqar Məmmədov bildirir ki, o, 2017-2020-ci illərdə əmək müqaviləsi əsasında “Mətanət A” şirkətində satış təmsişçisi vəzifəsində işləyib.
Şikayətçi qeyd edir ki, işlədiyi müddətdə onun maaşından hər ay 10% həddində depozit tutularaq saxlanılıb. Lakin işdən çıxdığı zaman “Mətanət A” şirkəti həmin məbləği ona ödəməkdən imtina edib.
Səbəb kimi isə bildirilib ki, Vüqar Məmmədov işdən çıxdıqdan sonra başqa bir şirkətdə işə düzəlib və bunun işçi ilə imzalanan əmək müqaviləsinin tələblərinə zidd olduğu qeyd olunub.
Əmək müqaviləsində göstərilib ki, işçi işdən çıxdıqdan sonra 5 il müddətində rəqib şirkətlərlərlə əmək müqaviləsi bağlaya bilməz. Şirkət hesab edir ki, bu kommersiya sirrinin yayılmasıdır və buna görə keçmiş işçi cərimə ödəməlidir.

“Mətanət A” şirkətinə qarşı məhkəmədə iddia qaldırılıb
Şikayətçi Vüqar Məmmədov hüquqlarının pozulması səbəbindən Nərimanov Rayon Məhkəməsində “Mətanət A” şirkətinə qarşı iddia qaldırıb.
Bildirilir ki, “Mətanət A” şirkəti əmək müqaviləsi imzalandıqdan sonra bir nüsxəsini işçiyə təqdim etməyib və işçinin əmək müqaviləsində olan həmin maddədən xəbəri olmayıb.
Eyni zamanada qeyd olunur ki, əmək müqaviləsinə belə bir maddənin (İşdən çıxdıqdan sonra işçinin 5 il rəqib şirkətlərdə işləməsinə qadağa qoymaq) salınması Azərbaycan qanunvericiliyinin tələblərinə ziddir. Əmək Məcəlləsinin əmək müqaviləsindən bəhs edən müvafiq maddələrində (Maddə 7. və Maddə 8.) göstərilir ki, əmək müqaviləsinə işçinin hüquqlarını məhdudlaşdıracaq müddəalar salına bilməz. Əmək müqaviləsinı bu cür müddəaların salınmasının heç bir hüquqi əsası yoxdur. Üstəlik işçi əmək müqaviləsi qüvvədən düşdükdən sonra başqa bir şirkətdə işə düzəlib. Bildirilir ki, bu qeyri-qanuni yollarla vətəndaşın əmək hüquqlarına qadağa qoymaqdır.
Şikayətçi bildirir ki, işçilərdən hər ay 10% depozit tutulması qanunsuz olaraq həyata keçirilib və bu barədə əmək müqaviləsində heç bir qeyd yoxdur: “Əmək müqaviləsində göstərilib ki, işçi işdən çıxdıqdan sonra rəqib şirkətlərdə işə girdiyi zaman təzminat ödəməlidir. Əgər bunun bir hüquqi əsası varsa, o zaman niyə təzminatla bağlı məhkəməyə müraciət edilməyib. Bunun heç bir hüquqi əsasının olmadığnı bildikləri üçün təzminat iddiası qaldırmayıblar. İşçidən tutulan depozit pulunu verməmək üçün əmək müqaviləsinə qanunvericiliyə zidd olan belə bir müddəa salıblar”.

Bu, “Mətanət A” ilə bağlı ilk şikayət deyil
Onu da qeyd edək ki, “Mətanət A” şirkətiylə bağlı analoji şikayətlər daha əvvəl də mətbuatda yer alıb. Mətbuatda şirkətə qarşı bir-sıra ağır ittihamlar səsləndirilib. Bu barədə açıq internet resurlarda da geniş məlumatlar var.
Səslənən iddialara “Mətanət A” şirkətindən münasibət almaq cədlərimiz heç bir nəticə vermədi. Şirkətə məxsus olduğu bildirilən (+994 12) 404 14 34 telefon nömrəsinə dəfələrlə zəng etməyimizə baxmayaraq zənglərimizə cavab verən olmadı. Daha sonra şirkətin kadrlar şöbəsindən bildirdilər ki, onlar yalnız yazılı müraciətlərə cavab verirlər. Sullarımızı yazılı formada şirkətin [email protected] e-mail ünvanına göndərdiyimiz halda yenə də cavab ala bilmədik.
Məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyinin mətbuat xidmətinə ünvanladığımız suallar da cavabsız qalıb.
Məlumat üçün bildirək ki, “Mətanət A” şirkəti 10.01.2000-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 milyon 188 min 470 manat 74 qəpik olan şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev, ev 67, m. 86-da yerləşir. “Mətanət A” şirkətinin sahibi Bəşirov Elxan Hidayət oğludur. Elxan Bəşirov haqqında da bugünə kimi yerli və xarici mətbuatda çoxsaylı iddialar (çirkli pulların yuyulması) yayımlansa da bu iddialara cavab verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...