Ölkəyə idxal olunan hibrid avtomobillərin orta qiyməti 44% bahalaşıb

Ölkəyə idxal olunan hibrid avtomobillərin orta qiyməti 44% bahalaşıb
Bu ilin ilk 5 ayı ərzində Azərbaycana 648 milyon 458 min dollar dəyərində 35 min 570 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com-un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 230 dollar (30 min 992 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 15 min 200 dollar (25 min 838 manat) olub.
Rəqəmlərdən də göründüyü kimi, bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 20% və ya 3 min 30 dollar (5 min 150 manat) artıb.
Onu da bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan avtomobillərin sayı 4 min 694 ədəd azalıb.
İdxal olunan avtomobillərin ümumi sayı azalsa da, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələrinin (hibrid) idxalı artıb. Belə ki, ötən ilin ilk 5 ayında xaricdən 5 min 884 ədəd hibrid avtomobil gətirildiyi halda, bu ilin ilk 5 ayında 6 min 923 ədəd hibrid avtomobil gətirilib.
İdxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 30 min 821 dollar (52 min 395 manat) olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə idxal olunan bir ədəd hibrid avtomobilin orta gömrük dəyəri 21 min 342 dollar (36 min 281 manat) olub. Son bir ildə ölkəyə idxal olunan hibrid avtomobillərin orta gömrük dəyəri 44,4% və ya 9 min 479 dollar (16 min 114 manat) artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
616 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...