Pentaqon: "Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır"

"Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır".

"Report" xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ölkənin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydin Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşünə dair məlumatında bildirilib.

Məlumata görə, tərəflər görüşdə regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə ediblər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...