Rusiyanın qaz şantajı: Avropa bu qış soyuqdan donacaqmı?
Son illər Avropada Rusiya qazından asıllığın qitənin enerji təhlükəsizliyi üçün ciddi təhdid yaratdığı çox tez-tez səslənirdi. Lakin buna baxmayaraq alternativlərin tapılması istiqamətində kifayət qədər aktiv iş aparılmırdı. Əvəzində Rusiyanın böyük ümid bəslədiyi “Şimal axını-2” layihəsinin reallaşmasına imkan yaradılırdı. Bu bir çox hallarda Almaniyanın bu məsələdə tutduğu mövqe ilə əlaqədar idi. Həmin ölkənin sənayesi kritik dərəcədə Rusiya qazından asılı vəziyyətdə idi. Buna baxmayaraq bu il fevralın 24-dən sonra bu məsələyə yanaşmada kardinal dəyişikliklər baş verdi.
Rusiyanın Ukraynaya qarşı başlatdığı təcəvüzkar müharibəyə cavab olaraq bütün civil dünyada, o cümlədən Avtopa İttifaqında (Aİ) vahid cəbhə formalaşdı. Aİ Rusiya qazından asıllığın azaldılması istiqamətində bütün mövcud imkanlarını səfərbər etdi. Söhbət təbii qaza olan tələbatın 40 %-nə alternativin tapılmasından gedirdi. Ötən il Avropanın “mavi yanacağ”a olan ehtiyacının məhz bu qədəri Rusiyadan alınan təbii qazın payına düşüb. Müharibədən əvvəl hesab edilirdi ki, buna 7 ilə kimi vaxt lazım olacaq. Lakin reallıqda cəmi 8 ay ərzində "mavi yanacaq" tədarükündə Rusiyadan asıllığı 66 % azaltmaq mümükün oldu.
Təbiət də Rusiyaya qarşı çıxdı
Belə göstəricinin əldə olunması bir sıra faktorlarla bağlıdır. Əvvəla Avropanın qənaət siyasətini qeyd etmək lazımdır. Avropada 24 fevrala kimi qənaətə çağırışlar ciddi siyasi fəsadlar doğura bilərdi. Lakin Rusiyanın təcavüzkar siyasətinin qitə üçün yaratdığı real təhdidlər qənaət məsələsinə anlayışla yanaşmanı təmin etdi. Nəticədə Qərbi Avropa qaz istehlakını 22 % azalda bildi. Buna şəxsi ev təsərrüfatları, kiçik biznes və istehsalatlar hesabına nail olundu. Avropada payızın anomal şəkildə isti keçməsi qənaət siyasətinə əlavə stimul verdi. Fransada və İspaniyada oktyabr ayının sonunda insanlar hələ də göllərdə çimə bilirdi. Orada suyun temperaturu müsbət 20-21 dərəcə həddində idi. İsti hava şəraiti istilik mövsümünə planlaşdırılandan gec başlamağa imkan verdi.
Aydındır ki, tək qənaətlə real nəticə əldə etmək mümkün deyil. Avropa ökələri paralel olaraq mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü kəskin artırıblar. Ötən il Aİ-də qaz istehlakının 18 %-i bu növ yanacağın payına düşürdüsə bu il həmin göstəricinin təxminən iki dəfə artacağı gözlənilir. 2022-çi ilin ilk 10 ayı ərzində Avropanın 27 ölkəsi 105 miyard kubmetr LNG alıb. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 64 %, 2021-ci ilin göstəricisindən 34,4 % çoxdur. Aİ builki göstərici ilə LNG istehlakı üzrə dünya lideri olan Çini belə üstələyib. Avropa “mavi yanacağ"ın diversifikasiyasını Qətər, Norveç və ABŞ hesabına həyata keçirə bilib. ABŞ-dan LNG idxalı bu il 3 dəfə artıb.
Avropanın “donması” gələn qışa kimi təxirə salınır
Fevraldan bu yana Rusiyaya hər nə qədər ona qarşı tətbiq olunan analoqu olmayan sanksiyaların təsiri heçə saysa da nədənsə ciddi cəhdlə həmin məhdudiyyətlərin ləğvinə çalışır. Bunun üçün bütün mümkün imkanlar səfərbər olunub. Bir müddət əvvəl Ukrayna limanlarına giriş-çıxışı bloklayan Rusiya dünyanı aclıq təhlükəsi ilə təhdid edirdi. Lakin Türkiyənin vasitəçiliyi ilə imzalanan İstanbul razılaşmasından sonra Ukraynada yığılıb qalan 10 milyonlarla ton ərzaqın dəniz vasitəsilə daşınması bərpa edildi. Bununla da həmin təziq vasitəsi əldən çıxmış oldu.
Paralel olaraq Rusiya Avropanı təbii qazla şantaj etməyə davam edirdi. Yayda Rusiya süni olaraq Avropaya qaz tədarükünü məhdudlaşdırmağa başladı. Sentyabrın sonunda isə “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərində partlayış baş verdi və Avropaya qaz tədarükü tam dayandı. Rusiya partlayışdan sonra ancaq “Şimal axını- 2”nin bir xəttinin salamat qaldığını deyərək Avropaya təbii qaz verilişini bərpa etmək üçün kəmərə qoyulan blokun götürülməsini və sanksiyaların aradan qaldırılmasını tələb etdi. Avropa gözlənldiyi kimi buna yox dedi. Bunun əvəzində Rusiyadan təbii qaz tədarükünün yoxluğu fonunda Almaniya yeraltı qaz anbarlarını 99,54 %, Fransa 99,9 %, İtaliya 95,5 % doldurub. Görünən odurki, Avropa bu qış donmayacaq, Rusiyaya isə içində olduğu avantyuradan dolayı itkilərini hesablamaq qalır.
Azərbaycanın Avropaya inteqrasiyası əhəmiyyətli dərəcədə sürətlənə bilər
Avropa bu qışlıq vəziyyətdən çıxış yolu tapsa da sabit alternativ tədarük kanallarının tapılması hələ də aktualdır. Bu mənada zəngin təbii qaz ehtiyyatlarına malik olan və Avropaya təbii qaz tədarük edən Azərbaycanın qitənin enerji təhlükəsizliyindəki rolu xeyli arta bilər.
Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin genişləndirilməsi hesabına 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü hər il ən azı 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
Bu ilin ilk 10 ayı ərzində Azərbaycan Avropaya 9,3 milyard kubmetr təbii qaz tədarük edib. İlin sonuna kimi bu göstəricinin 11,5 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır ki, bu da ötən ilin eyni dövrünün faktiki göstəricisindən 40 % çoxdur. Azərbaycanın əlbəttə ki, Rusiyanı əvəz etmək kimi bir niyyəti yoxdur. Lakin enerji sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın Avropaya inteqrasiyasını əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycan maddi qazancla yanaşı, geosiyasi dividendlər də əldə edə bilər. Bu isə regional mübahisələrin həllində aparıcı Avropa ölkələri tərəfindən ölkəmizə qarşı daha ədalətli yanaşmanı təmin edə bilər.
575 dəfə oxundu