“Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı” - Putin
“Bu gün biz üç sessiyadan ibarət danışıqlar apardıq. Əvvəlcə, Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı”.
“Yeni Sabah” xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dünən Soçidə keçirilən üçtərəfli görüşdən sonra bəyanatında deyib.
O, bildirib ki, tərəflər birgə Bəyanatı razılaşdırıb:
“Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq. Bununla belə, mən ümumi rəylə razıyam ki, görüş faydalı oldu və bu, bütövlükdə vəziyyətin nizamlanması istiqamətində sonrakı addımlar üçün şərait yaradır.
Özü də mən bütövlükdə deyəndə həm yaxın keçmişə aid cari hadisələri, həm də iki il bundan əvvəl baş vermiş hadisələri nəzərdə tuturam. Hər halda, o vaxt biz prinsipial məsələlər barədə razılığa gəlməyə nail olduq. Bugünkü diskussiya onu göstərir ki, biz bütün ölkələrimizin gələcəyi barədə də razılığa gələ bilərik.
Mən bizim bütün ölkələr dedikdə həm Rusiyanı, həm Azərbaycanı, həm Ermənistanı, həm də bütün region ölkələrini nəzərdə tuturam. Ona görə ki, bu ərazidə yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar. Rusiya öz tərəfindən, qəti və hərtərəfli nizamlamaya nail olmaq üçün nə mümkündürsə edəcək.
Çox sağ olun. Mən öz həmkarlarıma – həm Ermənistanın baş nazirinə, həm də Azərbaycanın Prezidentinə təşəkkür etmək istəyirəm ki, siz Rusiyaya, Soçiyə gəlməyə və bugünkü diskussiyanı aparmağa razılaşdınız. Razılaşdığımız kimi biz əlaqə saxlayacağıq, bu dialoqu və uzun müddət davam edən bu münaqişəyə nöqtə qoymaq üçün zəruri həllərin axtarışını davam etdirəcəyik”.
527 dəfə oxundu