Azərbaycanda güclü zəlzələ gözlənilən zonaların adı açıqlandı
Azərbaycanda güclü zəlzələlərin baş verməsi gözlənilən zonalar açıqlanıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 2015-ci il üzrə Elmi-Elmi Təşkilati Fəaliyyəti üzrə Hesabatına əsasən geomaqnit sahə gərginlikləri variyasiyalarının və qradient artımlarının analizi Şəki-Şamaxı və Kürətrafı-Talış proqnostik poliqonlarındakı gərgin-deformasiya zonalarını əhatəyə almağa imkan verib.
Bunlar İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Zaqatala - Balakən və Talış uzunmüddətli gərginlik-deformasiya zonalarıdır. Bu zonalar güclü zəlzələlərin baş verə biləcəyi zonalar kimi qiymətləndirilir. Balakən, Zaqatala, Şəki, Oğuz seysmogen zonalarında, İsmayıllı - Şamaxı rayonu ərazisində təkrar qravimetrik ölçülərin aparıldığı müşahidə məntəqələri ətrafındakı sahələrdə, yəni Zaqatala, Qax, Şəki, Oğuz və İsmayıllı - Şamaxı - Cəngi rayonlarında, qismən isə Qəbələ rayonunda mühitin gərginlik vəziyyətinin artımı müşahidə olunur.
Hesabatda o da qeyd edilib ki, Azərbaycan ərazisinin Yer qabığının qabarma variyasiyalarının təhlili tədqiqatın məqsədi ilə yüksək dəqiqli 3 ədəd qravimetrik stansiyaları (Scrintex AutoGrav C G – 5) açılıb (APA).
1154 dəfə oxundu