Dünya əhalisinin boyu 7 santimetr qısalıb
İnsanların boyu ildən-ilə niyə kiçilir? Ucaboylu olmanın qəribə sirləri və ilginc vasitələri...
“İndiki uşaqların boyu yaman qısalıb, yaşlarına görə balacadır əksəriyyəti...” Ötən həftə orta məktəbdə ikən müəllimələrin birindən eşitdim bu narazılığı. Müasir uşaqların cılız olması, bunun da qavramaya, dərs yükünü mənimsəməyə təsir etməsindən danışırdı pedaqoq. Və iddia edirdi ki, illər ötdükcə uşaqlar yaşlarına adekvat boy uzunluğunda olmurlar. Bu da bilavasitə onların təhsilinə, savadına təsir göstərir. Nə qədər doğru, nə qədər yanlış - bu, bir dartışma mövzusudur.
Öncə rəqəmlərə müraciət edək. Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin orta statistik boyu 167,2 sm, kişilər üçün orta boy 170,6 sm, qadınlarda isə 164,1 sm olub. Övladlarınızın ideal boya sahib olub-olmamasını bilmək üçün hər iki valideynin boyunun toplanmasından 13 çıxılaraq alınan rəqəmi 2-yə bölün. Aldığınız cavab övladınızın ideal boy ölçüsüdür. Oğlanlarda normal böyümə 1 yaşına qədər ildə 25 sm, 1-2 yaş arası - ildə 10-12 sm, 2-4 yaş arası - ildə 6-8 sm, 8-12 yaş arası - ildə 5 sm-dir. Həddi-büluq dövründə oğlanların böyümə surəti 20-25, qızların isə 15-20 sm-dir. Araşdırmalar isə göstərir ki, boyun qısalması təkcə Azərbaycanda mövcud olan problemlərdən deyil. Bu problem dünyanın bütün ölkələrində özünü büruzə verir. Belə ki, son hesablamalara görə, dünya əhalisinin boyu 7 sm-ə qədər qısalıb.
Ucaboylu uşağın sirri... Hər şey hamiləlikdən başlayır
Amma dərd varsa, dərman da var. Boyu uzatmanın da müxtəlif yolları mövcuddur. Boyun uzunluğu əsasən genetik olaraq reallaşır. Əgər valideynlərin boyu ucadırsa, bu, uşaqda da genetik olaraq özünü göstərəcək. Boyun uzadılması üçün ən uyğun bəslənmə tərzi tərəvəz, meyvə və zülalların balanslı qəbuludur. Sağlam bir hamiləlik sonunda ümumiyyətlə, qız uşaqları 48 sm, oğlan 50 sm boyunda doğulur və sürətlə uzanmağa davam edirlər. Normal sümük böyüməsi üçün kafi zülalın qəbulu, A, C, D vitaminləri, kalsium, fosfor və yodlu qidaların yetərli miqdarda istehlakı lazımdır. Sink və mis kimi elementlər də boy uzanması üçün olduqca lazımlı minerallardır. Lakin “bu vitamin və minerallar nə qədər çox qəbul olunsa, boy o qədər uzun olar” deyə düşünmək də yanlışdır. Bunlar yalnız boyun normal şəkildə uzanmasını təmin edir və əskikliyində boy qısalığı yarana bilər.
Zülal və lazımlı mineralların yetərincə alına bilməsi üçün ət və süd məhsullarının uşaqlıq və yetkinlik dövründə nizamlı olaraq istehlak edilməsi lazımdır. Çiy yeyilə biləcək tərəvəz və meyvələrin mümkün qədər bişirilmədən yeyilməsi lazımdır. Hər cür qatı qidanı ala bilən uşaqlarda əlavə vitamin möhkəmlətməsinə ehtiyac olmur. Alınan əlavə vitaminlərin boy uzanmasına bir təsiri yoxdur. Gərəyindən çox alınan zülal və kalori qəbulu boyu uzatmır. Qeyri-düzgün qidalanma boy qısalığı səbəblərinin başında gəlir və hətta ən əhəmiyyətlisidir. Yeməklər boy uzanmasında nə dərəcədə təsirlidir? Bəli, qətilik var ki, hətta qidaların boya təsiri hamiləlik dövründə başlayır. Uşağın normal boylu ola bilməsi üçün ana sağlam, nizamlı və balanslı qidalanmalı, siqaret və spirtli içkidən uzaq dayanmalı, hamiləlik dövründə pəhriz saxlayacaqsa, bu dieta çox möhkəm olmamalıdır, hətta kilo vermək üçün çalışılmamalıdır. Ayrıca artıq şəki də hamiləliyin sağlam sürməsini əngəlləyəcəyi unudulmamalıdır.
Uşaqlıq dövründə yaxşı bir inkişaf üçün yuxu çox vacibdir. Daimi yuxunun, zehni və fiziki inkişaf üçün əhəmiyyəti, elmi olaraq sübut edilib.
Boyunuzu uzadın - çıxış yolları bunlardır...
Həkimlər bundan başqa çıxış yolları da göstəriblər. Bunlardan birincisi, heç şübhəsiz, düzgün yatmaqdır. Biz istirahət edərkən vücudumuz böyüyür və toxumalar yenidən əmələ gəlir. Düzgün yuxulamaq və dincəlmək böyüyən vücud üçün mütləq şəkildə vacibdir. Güman edilir ki, İnsanın Böyümə Hormonu (İBH) bizim vücudumuzda əsaslı, dərin və asta yuxu zamanı təbii şəkildə əmələ gəlir. Böyüyən uşaqlar və yaxud yeniyetmələr özlərinin maksimum boy hündürlüyünə çatmaq üçün hər gecə 8 saatdan 11 saata kimi düzgün yuxu qəbul etməlidirlər. Sizin düzgün yatmaq mühitinizin olmasını təmin etmək həddən artıq vacibdir. O sakit, narahatedici səslər və yaxud güclü işıq olmadan baş verməlidir.
Müntəzəm fiziki məşğələlər və idman. Boyun təbii şəkildə artması üçün ən yaxşı məsləhətlərdən biri uşaq olarkən fiziki baxımdan gümrah və fəal olmaqdır. Müntəzəm məşğələlər və idman fəaliyyətləri insanın boyunu artırır. Siz fiziki baxımdan fəal olduqda vücudunuz daha çox sağlam qidalandırıcı maddələr tələb edir və nəticə etibarilə qidalandırıcı maddələrin qəbulunda artım düzgün böyümə ilə nəticələnir. Üzgüçülük, aerobika, tennis, futbol, basketbol kimi idman fəaliyyətlərindən zövq almaq və yaxud bir sıra bədən əzələlərini açan hərəkətlərlə məşğul olmaq vücudumuzun böyüməsini təmin etmək üçün yaxşı üsullardır. Əzələlərimiz tərin çıxması vasitəsilə vücudumuzu təmizləməkdən və zərərli maddələrdən azad etməkdən başqa böyümə potensialımızı artırır. Müntəzəm məşqlər və yaxud idman aydın şəkildə gündəlik fəaliyyətlərimizin tərkib hissəsi olmalıdır:
Üzgüçülük boyunuzu artırmaq üçün ən yaxşı yollardan biridir. Əgər bir kəs buna erkən yaşlarında başlasa, əlbəttə ki onun boyunun hündürlüyü, adekvat olacaqdır. Həftədə 4-5 gün gündəlik 2 saatlıq üzmək boyunuzun hündürlüyünü artırmaqda yüksək dərəcədə effektiv təsir göstərə bilər.
Sizin başlanğıc üçün sınaqdan keçirə biləcəyiniz dartınma hərəkətləridir. Sadə dartınma məşqlərini müntəzəm olaraq, sizin üçün səmərəli olması üçün onları ən azı 15 dəqiqə müddətində etməyiniz tövsiyə olunur.
Asılma məşqləri bir kəsin öz boyunu məşqlər vasitəsilə artırmaq üçün faydalı ola bilər. Baxmayaraq ki, bu başlanğıcda sınaqdan keçirmək üçün bir qədər çətin gələ bilər, siz yavaş-yavaş asılmağa öyrəşəcəksiniz. Sizə bunun üçün lazım olan sadəcə bir tirdir. Ondan qollarınızla və onurğanızla 10 saniyə ərzində dartılmış vəziyyətdə asılın. Bir-birinin ardınca 12 dəfə bunu təkrar edin və yaxud həmin hərəkəti hər gün 2 dəqiqə ərzində yerinə yetirin.
Yoqa. Yoqa boyunuzu təbii şəkildə artırmaq üçün mükəmməl və nisbətən daha az gərgin üsuldur. Yoqa ümumi gümrahlıq gətirir ki, bu da sizin boyunuzun artmasına təkan vermək üçün faydalıdır. Müəyyən yoqa pozaları vücudunuzda böyüməyə səbəb olan hormonların buraxılmasını sürətləndirir. Yoqada cəmləşdirilmiş dartınma və tarazlaşdırma çalışmaları əzələləri möhkəmləndirir və bədənin qamətini də yaxşılaşdırır. Üçbucaq poza (trikonasana), kobra pozası (bhujangaasana), dağ pozası (tadasana), məmnunluq pozası (sukhasana), ağac pozası (vriksasana) kimi yoqa pozalarını sınaqdan keçirin. Siz öz fitness rejiminizə suryanamaskarı da əlavə edə bilərsiniz.
Qaməti düzgün saxlamaq. Uşaqlıqdan qamətin düzgün saxlanılmasna lazımi diqqət yetirilməlidir. Stulda düzgün oturmaq, piyada gəzərkən və yaxud ayaq üstə dayanarkən çiyinlərinizi düz, çənənizi dik və ombanızı ayaqlarınızın üzərində saxlamaq kimi sadə şeylər gerçəkdən də sizin boya əlverişli təsir göstərə bilər. Gəzərkən qamətinizi əyməyin. Düz onurğa və güclü kürək boyunuzun artmasında çox əhəmiyyətlidir. Boynunuzu və başınızı əyilmədən və yaxud qamətinizi bükmədən nizamlayın. Yaxşı yastıq və vücudunuza dost döşək də onurğanızı rahat saxlamaq üçün bərabər dərəcədə vacibdir.
Qeyd etmək lazımdır ki, gəzərkən və yaxud dayanarkən çiyinləriniz əyilməməlidir. Bütün vasitələrlə donqarlıqdan qaçınmaq lazımdır. Yaxşı və düzgün qamət sizi hündür, yaraşıqlı və əmin göstərir.
Balanslaşdırılmış pəhriz. Balanslaşdırılmış pəhriz düzgün qidalanmaya nail olmaq üçün mütləq dərəcədə əhəmiyyətlidir. Nəyin bahasına olursa-olsun, sağlam olmayan qidadan uzaq durun. Bunu təmin etmək lazımdır ki, boyunuzun tam böyüməsi üçün siz vücudunuzun ehtiyac duyduğu bütün vitaminləri və mineralları qəbul edəsiniz.
Doymuş yağlardan, qazlı içkilərdən və həddən artıq şəkərlə doldurulmuş ərzaqlardan qaçın, çünki bunlar boya mənfi təsir göstərə bilər.
Vitamin D və zülallar boy artma hormonlarının çoxalmasına kömək edir və dişlərin və sümüklərin düzgün inkişafı üçün də onlar tələb olunur. Beləliklə bu qidalandırıcılarla zəngin olan pendir, paxla, tofu, yağsız ət, yumurta ağı sizin qida menyunuza daxil edilməlidir.
Sink qəbul etmək də çox vacibdir, çünki onun çatışmazlığı uşaqlarda böyümənin zəifləməsinə gətirib çıxara bilər. Quşqonmaz (mərəçüyüd), şokolad, yumurta və yerfındığı kimi ərzaqlar sinklə zəngindir. Süd məhsullarında və yaşıl tərəvəzlərdə tapılan kalsium sümüklərin böyüməsi və inkişafı üçün tələb olunur. Bundan başqa, maqnezium və fosfor kimi minerallar, karbohidratlar və vitaminlərdən də imtina etmək olmaz, çünki onlar da vücudun düzgün böyüməsinə öz töfhəsini verir. Qida tələbatları həm də məhdud miqdarda əlavələrin qəbul edilməsi ilə tamamlana bilər.
Yaxşı maddələr mübadiləsinə malik olmaq vacibdir. Beləliklə, gün ərzində 6 dəfə balanslaşdırılmış qida qəbul edə bilərsiniz. Kiçik, lakin yaxşıca ölçülüb-biçilmiş porsiyalar sizin maddələr mübadiləsi dərəcənizi artırmaq üçün yardımçı ola bilər. Bu, bədəninizdə daha az yağın saxlanmasına gətirib çıxarmaqla sizin düzgün ucalığa qədər boy atmağınıza imkan verəcək.
Böyüməni ləngidən amillərə gəlincə, bunlar da aşağıdakılardır.
Gənc yaşlarında narkotik və yaxud alkoqol qəbul etmək hədən artıq zərərli ola bilər. Bunlardan istifadə etmək boy artımının ləngiməsinə və doyunca qidalanmamağa gətirib çıxara bilər ki, bununla da normal boya qovuşmaq əngəllənər.
Kofeinin qəbul edilməsi məhdudlaşdırılmalıdır, xüsusən də uşaqlar arasında, çünki o sizi düzgün və müntəzəm yuxulamaqdan saxlayır. Uşaq və yeniyetmələrin 8 saatdan 11 saata qədər düzgün yuxuya ehtiyacı olduğundan, kofein bunu böyük ölçüdə məhdudlaşdıraraq, bununla da dolayısı şəkildə böyümənin ləngiməsinə dəstək olur.
Bundan əlavə, steroidlərin də gənc uşaqlarda sümük inkişafına mane olaraq onların boyuna mənfi təsir göstərdiyi aşkar edilib. Tədqiqat göstərib ki, astmadan əziyyət çəkən və inqalyatorlardan istifadə edən uşaqlarda və yeniyetmələrdə boyun digərlərindən az artması tendensiyası müşahidə olunur. Bu ona görə baş verir ki, həmin inqalyatorlar qana budesonid adlanan nisbətən kiçik miqdarda steroid keçirir.
Güclü immun sistemi. Bəzi uşaqlıq dövrü xəstəlikləri də ləngiyən artıma səbəb ola bilər. Bundan müntəzəm olaraq immunlaşdırma yolu ilə və çoxlu vitamin C qəbul etməklə qaçmaq olar ki, onu da portağal, qreyfrut və limon kimi sitrus bitkilərindən əldə etmək mümkündür. İmmun sistemi bütöv və təzə məhsullar yeməklə və çox məşhur marqarin kimi emal olunmuş və hidrogenləşdirilmiş ərzaqlardan qaçınmaqla güclü saxlanıla bilər.
Sağlam diet sağlam immun sisteminə səbəb olacaq. Sağlam immun sisteminizi saxlamaq üçün rasiona çoxlu meyvə-tərəvəz, paxlalı və dənli bitkilər, antioksidantlar və omega-3 yağ turşuları ilə zəngin olan ərzaqlar daxil edin.
Tibbi yardıma müraciət edin. Əgər siz yeniyetməlik çağınızın ortasına çatmısınızsa və bütün üzvlərin hündürboylu olduğu ailədən çıxmısınızsa, ancaq öz boyunuzun artmadığını aşkar edirsinizsə, həkimə müraciət etməyiniz ağlabatandır. Bəzi tibbi şərtlər erkən mərhələdə müəyyən oluna bilər. Beləliklə də, əgər mümkün olan bütün vasitələrdən istifadə edirsinizsə, ancaq hələ də boyunuz artmırsa, həkim məsləhətinə müraciət etmək tövsiyə olunur.
1002 dəfə oxundu