Aygün Kazımovanın qızı: " Biz onunla otel liftində görüşdük və ..."
Gənc müğənni İlqarə Kazımova Batırxan Şukenovun xatirəsinə həsr olunmuş layihə təqdim edəcək.
29 aprel “A Studio” qrupunun solisti Batırxan Şukenov 52 yaşında Moskvada infarktdan dünyasını dəyişib.
ATV. az-a açıqlamasında İlqarə Kazımova uşaqlıqdan “A Studio” qrupunun heyranı olduğunu bildirib.
“Mən hər zaman “A Stduio” qrupunun böyük heyranı olmuşam. Bu qrupa sevgim qrupun rəhbəri BatırxanŞukenovun istedadının sayəsində yaranıb. Bu cür dahi musiqiçinin hazırda aramızda olmamasına inanmaq çox çətindir. Onun yaradıcılığı tam bir musiqi epoxasıdır. Belə insanlar dünyadan köçəndə anlayırsan ki, insan üçün əsas can sağlıdır. Amma onun mahnıları, səsi və musiqisi əbədi yaşayacaq.
Xoşbəxtlikdən xaricdə istirahət edərkən o cür dahi musiqiçi ilə tanışlıq mənə qismət olub. Biz onunla otel liftində görüşdük və bir neçə dəqiqə ünsiyyət mənə kifayət etdi ki, onun nə qədər işıqlı insan olduğunu dərk edim. Daha sonra mən onun canlı konsertini də izlədim. Onun səsində və musiqilərində ürək var. Bu çox vacibdir.
Mən onun repertuarından bir mahnını ifa edəcəyəm. Həmin mahnını özüməməxsus şəkildə, onu gördüyüm, hiss etdiyim kimi ifa edəcəyəm. Artıq arenjeman işləri gedir. Bəlkə də, həmin mahnıya klip də çəkdirdim”.
1511 dəfə oxundu