"Azəri-Çıraq-Günəşli"nin payçılarından biri layihədən çıxır

"Azəri-Çıraq-Günəşli"nin payçılarından biri layihədən çıxır


Hindistanın "ONGC Videsh Limited" şirkəti "Azəri-Çıraq-Günəşli" (AÇQ) layihəsindəki payını satmaq niyyətindədir. "APA-Economics" xəbər verir ki, bu barədə "Financial Express" nəşri yazır.

Bildirilir ki, "ONGC Videsh Limited" AÇQ-dəki 2,72%-lik payını sataraq "sırf neft biznesinə fokuslanmaq niyyətindədir" və bununla bağlı SOCAR-la müqavilə imzalayıb. Müqavilənin detalları açıqlanmır.

"Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları BP (35,78%), ABŞ-ın "Chevron" (11,27%), "ExxonMobil" (8,0006%), Hindistanın "ONGC Videsh Limited" (2,72%), Yaponiyanın "Inpex" (10,96%), "Itochu" (4,3%), SOCAR (11,65%), Norveçin "Statoil" (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
794 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...