Alimpaşa Məmmədov kassasiya şikayəti verdi

Alimpaşa Məmmədov kassasiya şikayəti verdi
Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət artıq Ali Məhkəməsinə daxil olub.

Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

Qeyd: 2014-cü ildən həbs edildiyi günədək Şəmkirin icra başçısı vəzifəsində çalışmış Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. Eks-icra başçısı xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma, qanunsuz əldə edilmiş pulları leqallaşdırma və digər maddələrlə təqsirli bilinib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Gəncə Apelyasiya Məhkəməsinin qərarına əsasən, apelyasiya şikayəti qismən təmin edilib. Alimpaşa Məmmədovun cəza müddəti 1 il azaldılaraq 11 il 6 aydan 10 il 6 ay müddətə endirilib. Həmçinin 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC müsadirə olunub. Bu əmlakı daha əvvəl Alimpaşa Məmmədov 180 manat dəyərində "qiymətləndirərək" oğlunun adına keçirmişdi.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...