6 ay pulsuz “BakıKart” vəd edən yeni saxta səhifələr açılıb – FOTOLAR

6 ay pulsuz “BakıKart” vəd edən yeni saxta səhifələr açılıb –
Sosial mediada “Bakı İctimai Nəqlіyyat Kartı” adlı saxta səhifələr yaradılıb.

AzFakt.com xəbər verir ki, sözügedən saxta səhifələr 4 manata 6 ay müddətində bütün növ ictimai nəqliyyatda limitsiz səyahət vədi verərək, istifadəçiləri aldatmağa çalışır, problemli keçidlərə klikləməyə təşviq edirlər.

Xatırladaq ki, bir müddət əvvəl də oxşar səhifələr yaradılmış, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, belə səhifələr kimi yalan məlumatlar yayaraq istifadəçiləri aldadır və bank kartı məlumatlarını mənimsəyir.
“Təhlükəsizliyinizi qoruyun:
- Rəsmi “BakıKart” səhifələrini izlədiyinizə əmin olun.
- Şəxsi məlumatlarınızı paylaşmadan əvvəl səhifənin etibarlılığını yoxlayın.
- Yalnız rəsmi mənbələrdən məlumat əldə edin.
Kibercinayətkarlığa qarşı birgə mübarizə aparaq!
Şübhəli hallarla qarşılaşdıqda dərhal aidiyyəti qurumlarla əlaqə saxlayın və bank məlumatlarınızı heç kimlə paylaşmayın!”, - deyə agentliyin məlumtaında qeyd olunurdu.

6 ay pulsuz “BakıKart” vəd edən yeni saxta səhifələr açılıb –
6 ay pulsuz “BakıKart” vəd edən yeni saxta səhifələr açılıb –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...