Rafael Mehrəliyev 248 min duza “xərcləyəcək”
Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti yeni tenderinin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, departamentin balansında olan Sanitariya və Tezniki Təmizlik İdarəsi texniki məqsədlər üçün emal edilməmiş xam duz satın alacaq.
Rəsmi mənbələrdə qeyd edilir ki, Departament həmin duzdan Bakı şəhəri ərazisində qış mövsümündə prospekt vә küçә yollarında qarın-buzun əridilməsində istifadə edəcək. Bu məqsədlə isə 2.000 ton duz alınacaq.
Qeyd edək ki, Mənzil-Kommunal Təsərrüfatı Departamenti bu məqsədlə “FƏZA-F” MMC ilə 248.036 manatlıq satınalma müqaviləsi bağlayıb.
Bu isə o deməkdir ki, sözügedən idarə hər ton üçün 124 manat ödəyəcək.
Bildirək ki, Bakı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbəri adı bir çox qalmaqallara qarışmış Rafael Mehrəliyevdir. Onun bir çox tenderlərə qatıldığı, Bakı İcra Hakimiyyətinin əsas tenderlərini kürəkəninin şirkətinə verməsi barədə açıq mənbələrdə çoxlu sayda xəbərlər mövcuddur.
“FƏZA-F” MMC-yə gəldikdə isə bu şirkət haqqında açıq mənbələrdə bircə məlumat belə yoxdur.
274 dəfə oxundu