DOST Agentliyinin tender müsabiqəsi ləğv olundu – 85 otaqlı ofis icarəyə götürür

DOST Agentliyinin tender müsabiqəsi ləğv olundu –
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, DOST Agentliyi tərəfindən “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC üçün inzibati bina sahəsinin icarəsinin satın alınması məqsədiylə keçirilən tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.2.-ci maddəsi (Təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun olmayıb) göstərilib.

Məlumat üçün bildirək ki, DOST Agentliyi icarəyə götürmək istədiyi binanın Bakı şəhərinda mərkəzi rayonlarda (Zona 1-4) olmasını istəyir. Ofisin ümumi sahəsi 7 800 kv. metr olmalıdır. Binada 24-ü rəhbər otağı olmaqla minimum 85 otaq olmalıdır. Sanitar qovşaqlarının sayı 30, mətbəxtin sayı isə 6 olmalıdır. DOST Agentliyinin belə bir binanı hansı müddətə icarəyə götürmək istədiyi açıqlanmasa da, 6 milyon 935 min 760 manat ödəməyə hazır olduğu (ehtimal olunan qiymət) bildirilir.
Onu da qeyd edək ki, ötən il DOST Agentliyi “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” üçün Səfərova Sahibə Paşa qızı adlı vətəndaşa məxsus qeyri yaşayış sahəsini icarəyə götürüb və icrə haqqı olaraq 969 min 999 manat 94 qəpik ödəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...