Sənədsiz evi olanlara ŞAD XƏBƏR – Bu tarixdən “kupça” veriləcək

Sənədsiz evi olanlara ŞAD XƏBƏR –
Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qanunsuz tikililər və sənədsiz evlərin taleyidir. Belə evlərin əksəriyyəti Bakı və Abşeron rayonu ərazisində yerləşir.

İllər keçsə də, vaxtilə tikinti təyinatı olmayan ərazilərdə tikilmiş bu evlərə çıxarış verilmir. Lakin son vaxtlar sənədsiz evlərə amnistiya tətbiq edilməsi gündəmdədir.

Bəs bu proses necə aparılacaq və hansı evlərə şamil olunacaq?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, hazırda ölkə ərazisində yüz minlərlə sənədsiz ev var: “Hazırda ölkə ərazisində təxminən 600-700 min civarında qanunsuz tikilən yaşayış evi mövcuddur. Bakı və böyük şəhərlərdə hazırda bu tip evlərin amnistiyası və sənədləşmə məsələsi gündəmdədir. Təxminən 2019-cu ildən hökumət bu istiqamətdə müəyyən addımlar atır. 2020-ci ilin əvvəllərində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir konsepsiyanın hazırlanması bəyan edilmişdi. Hər rayon icra hakimiyyəti öz ərazisində olan tikililərin qeydiyyata alınmasına başladı. Lakin pandemiya dövrü olduğuna və nəticə etibarı ilə yığılan məlumatlar eyni qaydada olmadığına görə, bu bir nəticə vermədi”.

Ekspert yaxın vaxtlarda bu istiqamətdə portalın fəaliyyətə başlayacağını qeyd edib: “2023-cü ilin yanvar ayının axırında Əmlak Məsələləri üzrə Dövlət Xidməti ilə Ədliyyə Nazirliyi tərəfindən birgə layihənin hazırlanmasıyla bağlı ictimaiyyətə açıqlama verildi. Gələcəkdə bir portal üzərindən bütün ölkədə olan daşınmaz əmlakların qeydiyyata alınması, sənədləşməsi, eyni zamanda sənədsiz evlərin də ilkin qeydiyyatı və amnistiya olunması məsələsi nəzərdə tutulub. Lakin bu proses çox qəliz olduğuna görə hələ də bitməyib. Çünki burada müvafiq qanunların və normativlərin də prosesə uyğun olması vacibdir. Hazırda bu istiqamətdə işlər aparılır və çox ehtimal ki, 2024-cü il ərzində bu portal ictimaiyyətə təqdim olunacaq. Amnistiya qanunla icazə verilməmiş yerlərdə, yəni xüsusi mühafizə olunan və normativə uyğun olmayan ərazilərdə tikilən evlərə şamil edilməyəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
270 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...