“Sea Breeze” işinə görə axtarışda olan 6 nəfər haradadır?
“Sea Breeze”dəki kütləvi dava ilə bağlı başlanmış üç cinayət işindən biri ilə bağlı növbəti məhkəmə araşdırması dekabrın 7-də keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, işə Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılır.
Sözügedən məhkəmə prosesi birinci cinayət işini əhatə edir və bu iş üzrə Elmir İsmayılov, Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M.Ə. təqsirləndirilən şəxslərdir.
Zərərçəkən kimi isə Elnur Məmmədov və Cavad Muradov tanınıblar.
İttihama görə Elmir İsmayılov və onunla birgə mühakimə olunanlar “Sea Breeze”də dava salıb Elnur Məmmədovla Cavad Muradovu döyüblər.
Məhkəmədə isə üzə çıxıb ki, bunun tam əksi baş verib: “Sea Breeze”də kütləvi dava Elnur Məmmədovun spirtli içkinin təsiri atında Elmir İsmayılovun ünvanına nalayiq söyüşlər söyməsi, idmançı dostlarının köməyi ilə şəxsən onu döyməsi ilə başlayıb. Elmir İsmayılovu döyəndən sonra o, ərazidən uzaqlaşmağa çalışan zaman maşınını da əziblər. 1 saatdan sonra Elmir İsmayılovun qardaşı Elgün İsmayılov dostları Məhəmməd Həsənzadə, Peyman Vəlizadə və məktəbli M.Ə. ilə “Sea Breeze”ə gəlib onu oradan xəstəxanaya aparmaq istəyiblər. O zaman Elnur Məmmədov spirtli içkinin təsiri altında “Sea Breeze”də dava-dalaşı davam etdirib, qarşısına çıxanlara yumruq və təpik atırmış. Ətrafı da onun hərəkətlərinin qarşısını almağa çalışırmış. Elmir İsmayılovu axtaran qardaşı səhvən Elnur Məmmədovun ətrafına toplaşmış kütlənin olduğu əraziyə gedib, həmin zaman Elgün İsmayılov və dostları da Elnur Məmmədov tərəfindən söyülüb, şəxsən özünün iştirakı ilə idmançı əhatəsi tərəfindən döyülüblər.
Baş verənlərdən sonra Elmir İsmayılov, Elgün İsmayılov, Peyman Vəlizadə və Məhəmməd Həsənzadə xəstəxanaya gediblər. Onların başlarında, üzlərində döyülmə zamanı yaranan yaralara tikişlər qoyulub.
Daha sonra Elnur Məmmədovun dostu Cavad Muradovun təşəbbüsü ilə tərəflər “Xurma” restoranında görüşüblər. Elmir İsmayılovdan üzrxahlıq olunub və tərəflər barışıblar. Barışıqdan az sonra Elnur Məmmədovla Cavad Muradov Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Son məhkəmə prosesində də Cavad dostu Elnur Məmmədovu barışıq görüşü ilə bağlı sorğu-sual etmişdi: “Kişi kimi danış, orda dava necə başladı? Sən pis söyüş söydün, ona görə… Onun səhəri biz gedib restoranda oturduq, sən Elmirdən üzr istədin. Elmirə dedin ki, nə söyüş söymüşəmsə, özümə getsin. Barışıqdan sonra da gedib şikayət verdin. Məsələ belə olub”.
Məhkəmədə aydın oldu ki, polisdə iki gün saxlanılan Elnur Məmmədov sonradan sərbəst buraxılıb. Onun dostu Cavad Muradovu isə saxlayıblar. Eyni zamanda, davanın əsas səbəbkarı Elnur Məmmədovu və yanında olan Cavad Muradovu zərərçəkən qismində tanıyıblar!
Fotoda: Cavad Muradov
Həmçinin Elnur Məmmədovun dostu Cavad Muradovla Şamxal Məmmədova da təqsirləndirilən qismində ittiham elan olunub. Elnur Məmmədov isə bu iş üzrə şahid kimi tanınıb.
Məhkəmədə vəkillər deyib ki, istintaq zamanı onlara verilən məlumata görə Elnur Məmmədovun barəsində də cinayət işi başlanıb. Həmin cinayət işi üzrə 6 təqsirli şəxs axtarışdadır. Həmin şəxslər tutulub istintaqa cəlb olunacaqları halda Elnur Məmmədov da həbs olunacaq.
Vəkillər məhkəmədə israrla həmin cinayət işi üzrə qərarın onlara təqdim edilməsini tələb etsələr də, bu məsələ hələ də aydınlaşdırılmayıb.
Yeri gəlmişkən bir məqamı da qeyd edək ki, Elnur Məmmədovun qardaşı Prokurorluq orqanlarında məsul vəzifədə çalışır.
Fotoda: Elnur Məmmədov
Elmir İsmayılov və digərlərinin işi üzrə keçirilən məhkəmə prosesində Elnur Məmmədov şahid qismində dindirilib. Hətta onun həbsdəki dostu Cavad Muradov belə Elnur Məmmədova irad bildirib, ona görə 6 aya yaxın həbsdə olduqlarını deyib.
Hazırda məhkəmədə təqsirləndirilən şəxslər sərbəst ifadə verirlər. Artıq Elmir İsmayılov, Məhəmməd Həsənzadə və Peyman Vəlizadənin ifadəsi yekunlaşıb.
Dekabrın 7-də keçirilən prosesdə yeniyetmə M.Ə-nin sərbəst ifadə verəcəyi, bundan sonra prokurorun ittiham nitqi ilə çıxış edəcəyi gözlənilir.
İndi əsas sual budur: Prokurorun çıxışı hansı yöndə olacaq?
Qeyd edək ki, Elnur Məmmədov oliqarx, Binəqədi İcra Hakimiyyəti başçısının sabiq müavini Leysan Məmmədovun oğludur.
662 dəfə oxundu