“Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq” – ETİBAR MƏMMƏDOV

“Pensiyadayam, memuarlarımı yazıram, sürprizlər olacaq” –
“Təqaüddəyəm, memuarlarmı yazıram”.

Azpost.info bildirir ki, bu sözləri Toplum TV-yə müsahibəsində milli-azadlıq hərəkatının rəhbərlərindən olmuş, AMİP-in ilk sədri Etibar Məmmədov bildirib.

Onun sözlərinə görə, memuarların toplandığı kitab ictimai-siyasi həyatını əhaətə edəcək.

“Mən siyasi fəaliyyətimə tələbəlikdən başlamışam. Yazmalı çoxlu səhifələr var”-deyə E.Məmmədov bildirib.

O kitabda sürprizlərin olacaqlarını da istisna etməyib.

Etibar Məmmədov siyasətə qayıtmaq fikrində olmadığını vurğulayıb.

Qeyd edək ki, E.Məmmədov 1992- 2004-cü illərdə AMİP-ə rəhbərlik edib. İki çağırış Milli Məclisin deputatı olub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarındandır. 2004-cü ildə AMİP sədrliyindən istefa verərək aktiv siyasəti tərk edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
629 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...