“Ukraynanın Putin Rusiyasına çevrilməsini istəmirəm” – Prezidentliyə namizəd olacaq

“Ukraynanın Putin Rusiyasına çevrilməsini istəmirəm” –
“Mən ukraynalı zabitəm və Ukrayna xalqını müdafiə etməyə and içmişəm. Bütün fərziyyələr sübuta əsaslanmalıdır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç “Meduza”ya müsahibəsində Kremlin agenti olduğu iddialarını şərh edərkən bildirib.
“Mənim rus dilini və rus mədəniyyətini müdafiə etməyim, ilk növbədə, insan hüquq və azadlıqlarının müdafiəsidir. Əgər biz rus dilinin təqib edildiyi bir ölkə qururuqsa, Ukrayna dilini təqib edən Putindən nə ilə fərqlənirik? Heç nə ilə. Mən Ukraynanın Putin Rusiyasına çevrilməsini istəmirəm. Biz azadlıq uğrunda mübarizə aparırıq. Bu o deməkdir ki, biz bütün azadlıq meyarlarına cavab verməliyik”.
Qeyd edək ki, keçmiş müşavir mart ayında gözlənilən prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
430 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...