Talıbovlara məxsus olmuş məşhur restoran və şirkət məhkəməyə verildi - VİDEO

Talıbovlara məxsus olmuş məşhur restoran və şirkət məhkəməyə verildi -
“Nəqşicahan Holdinq” LTD Şirkətlər Qrupuna daxil olan “Batabat” restoranı MMC və “Nəqşicahan Qrup Şirkətləri İttifaqı” MMC məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının (NMR) Kommersiya Məhkəməsinə müraciət olunub.

Sözügedən şirkətlərə maddi ziyanın ödənilməsi tələbi irəli sürülüb.

İş icraata götürülüb və noyabrın 6-da hakim Elşən Salmanovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, “Nəqşicahan Holdinq”in əvvəlki sahibi NMR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub. Bir müddət əvvəl holdinqin yerləşdiyi bina “Himal Holdinq”ə satılıb.

Bu ilin avqust ayında isə “Nəqşicahan Group Şirkətlər İttifaqı” “Saat Meydanı” MMC-yə qoşulması şəklində yenidən təşkil olunub və həmin şirkətin hüquqi varisidir.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
220 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...