Hindistan Ermənistana yeni silahlar satacaq – “The Economic Times”
“Hindistan keçən il ilk silah partiyasını uğurla çatdırdıqdan sonra Qafqazdakı strateji müttəfiqi Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Hindistanın gündəlik “The Economic Times” qəzeti yazıb.
Qeyd olunur ki, bu yaxınlarda Ermənistanın yüksək rütbəli rəsmisi Dehlidə olub və bununla bağlı müzakirələr aparıb.
Qəzetin məqaləsində yazılır ki, Hindistanın Ermənistana göndərdiyi son yüklərə “Pinaka” çoxfunksiyalı reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər və döyüş sursatları daxildir.
Silah tədarükünün Ermənistanla tarixi əlaqələri olan İran vasitəsilə həyata keçirildiyi bildirilir.
Məlumatda bildirilir ki, bu ilin əvvəlində Hindistan, İran və Ermənistan nəqliyyat dəhlizinin tədqiqi üçün üçtərəfli alyans yaradıblar.
Aprel ayında İrəvanda keçirilən görüşdə üç tərəf iqtisadi layihələri və regional kommunikasiya kanallarını müzakirə ediblər.
Üçtərəfli görüşdə Şimal-Cənub avtomobil dəhlizindən istifadə məsələləri də müzakirə olunub.
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan isə bu yaxınlarda bildirib ki, Ermənistana verilən yeni silahlar hazırda Ermənistan hərbçiləri tərəfindən sınaqdan keçirilir və nəticələr “çox qənaətbəxşdir”.
527 dəfə oxundu