Antiterror tədbiri - sülhə doğru inamlı addım - ŞƏRH
Bu sentyabr da Azərbaycan tarixinə uğurlu ay olaraq düşdü. Azərbaycan Qarabağ bölgəsində keçirdiyi birgünlük lokal xarakterli antiterror tədbirləri ilə separatçıları təslim etdi.
Azərbaycan antiterror əməliyyata başlamazdan əvvəl üç şərt ilə sürmüşdü: Ermənistan hərbi birləşmələri bölgədən çıxır, qanunsuz silahlı birləşmə tərksilah olur, qondarma qurum özünü buraxır. Bu şərtlər qəbul olunduğu təqdirdə danışıqlar başlayır.
Artıq ermənilər şərtləri qəbul edib:
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir”. Bu da Azərbaycanın öz ərazisində suveren hüquqlarını bərpa edəcəyini təsdiqləyir.
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan torpaqlarında ermənilərin və havadarlarının törətdikləri çoxsaylı cinayətlər aşkarlandı. Məlum oldu ki, onlar həmin ərazidə mədəni abidələr də daxil olmaqla bütün tikililəri dağıdıb, təbii sərvətləri talan edib, əraziləri isə minalayıblar. Bundan başqa, bölgədə çoxsaylı kütləvi məzarlıqlar da aşkarlandı.
2020-ci ilin 10 noyabr bəyanatına əsasən, Ermənistan hərbçiləri Azərbaycan torpaqlarını tərk etməli idi. Ancaq Rəsmi Bakının beynəlxalq ictimaiyyətə çoxsaylı müraciətlərinə baxmayaraq, rəsmi İrəvan bu maddənin tələbinə əməl etmirdi. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda hərbçilərinin olmadığını car çəkirdi. Antiterror tədbirləri başlayanda isə Ermənistan Azərbaycanla sərhədyanı bölgədə sakitlik olduğunu və döyüşlərdə iştirak etmədiyini saxtakarcasına bəyan edirdi.
İkinci Qarabağ müharibəsində aldığı zərbədən sonra bu ölkənin silahlı qüvvələri Azərbaycana qarşı sərhədləri aşaraq müharibə etmək gücündə deyildi. Bundan başqa, Nikol Paşinyan “Qarabağ Azərbaycandır” deməklə ölkənin ərazi bütövlüyünü tanıdıqarını bildirmişdi. Eləcə də işğal faktına baxmayaraq, beynəlxalq ictimaiyyət də uzun illərdir Qarabağı Azərbaycanın tərkib hissə olaraq tanıyırdı. Bu da Ermənistanın Azərbaycana qarşı müharibə aparmaq istəyinin əsassız olmasının göstəricisidir. Bununla belə, Ermənistanın Qarabağda saxladığı hərbçilər döyüşlərdə iştirak edib. Odur ki, Ermənistanın iştirak etməməsi barədə Paşinyanın verdiyi açıqlama öz yerini tapmadı.
Əslində, Ermənistan bununla Azərbaycanı çıxılmaz vəziyyətdə qoymağa cəhd göstərib. Onlar bununla guya Ermənistan hərbçiləri döyüşlərə qatılmayıb, Azərbaycan “müdafiəsiz kiçik Qarabağ özünümüdafiə qüvvələri ilə döyüşür” rəyinn yaratmaq istəyiblər. Ancaq şərtdə Ermənistan hərbçilərinin Azərbaycan ərazisini tərk etməsi ilə bağlı maddənin qəbul edilməsi rəsmi İrəvanın bu yalanını alt-üst etdi. Azərbaycan Qarabağda antiterror tədbirlərini təkcə qanunsuz silahlı birləşmələrə qarşı deyil, həm də Ermənistan silahlı qüvvələrinə qarşı aparıb.
Qarabağdakı erməni separatçıları da Ermənistanın geniş ictimaiyyəti tərəfindən tam dəstək almadı. İrəvanda hökumət evinin binası qarşısında aksiya keçirənlər isə daha çox müxalifətdə olan siyasi və ictimai təşkilatların nümayəndələri idi. Bu onu göstərir ki, Ermənistan cəmiyyəti erməni ideoloqları və havadarları tərəfindən uydurulan “Qarabağ avantürası"nı qəbul etmir, bu cəfəngiyyatdan bezib, yorulublar.
Birgünlük tədbir ermənilərin havadarlarını da mat vəziyyətdə qoydu. Onlar dəstək bəyanatlarını təzələməmiş separatçılar təslim aktını qəbul etdi.
Antiterror tədbiri beynəlxalq güclərin də regionda maraqlarının təmin olunması, Cənubi Qafqazda sülh, əməkdaşlıq, təhlükəsizliyin təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Odur ki, bu hadisəni güclərin Ermənistana dair toqquşan maraqları ilə bağlı anlaşmaya gələcəkləri kimi də qəbul etmək olar.
Bu ilin oktyabrında İspaniyanın Qranada şəhərində Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü ehtimal olunur. Separatçılar və rəsmi İrəvan şərtləri qəbul edəcəkləri təqdirdə bu görüş baş tuta və Azərbaycan-Ermənistan normallaşma prosesi üçün yeni töhfə verə bilər. Bu da sülh müqaviləsinin imzalanmasına gedilən yolu yaxınlaşdırar. Sentyabrdakı antiterror tədbirləri bir daha sübut etdi ki, Azərbaycan-Ermənistan normallaşma prosesi iki tərəfin birbaşa danışığından asılıdır. Vasitəçilər Qarabağda Ermənistan silahlı qüvvələrinin qalması və qanunsuz erməni hərbi birləşmələrinin yaranması kimi yeni problem yaradır. Bütün anlaşmalar isə qarşılıqlı etibar, etimad və inamdan keçir. Təəssüf ki, rəsmi İrəvan hələ bunu qazanmayıb. Bunu birgünlük antiterror tədbirləri də sübut etdi.
399 dəfə oxundu