Naxçıvanda orta məktəbin deputat direktoru işdən çıxarıldı

Naxçıvanda orta məktəbin deputat direktoru işdən çıxarıldı
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin deputat direktoru vəzifədən azad edilib.

GUNDEMİNFO.AZ Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən, təhsil nazirinin müavini Ovni Muradov əmr imzalayıb. Əmrə əsasən, məktəbin direktoru Esmira Həsən qızı Həsənova tutduğu vəzifədən azad edilib.

Esmira Həsənova 21 saylı Məzrə seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Qeyd edək ki, yeni tədris ilindən öncə Muxtar Respublikanın keçmiş təhsil naziri Rəhman Məmmədovun əmrinə əsasən, 10-dan çox direktor işdən azad olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
309 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...