Bakı bu gün Xankəndiyə müdaxilə edə bilər - Həlledici məqam yetişdi
Bu gün, sentyabrın 9-da separatçılar qondarma "parlament”ində "prezident” seçkiləri keçirəcək. İki namizəd var idi: biri Araikin xələfi hesab olunan və keçmiş "Qarabağ klanı”na daxil olan bütün qüvvələr tərəfindən dəstklənən Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan, Ağdam-Xankəndi yolunun açılmasını – bu, məqsədyönlü mövqedir - qəbul edən Samvel Babayan;
Babayanın "namizədliyi” qeydə alınmadığı üçün Şahramanyan yeganə "namizəd” kimi separatçıların yeni "başçısı” olacaq. Erməni mənbələr qondarma "seçki” günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini "təxribatlara” uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
Baş verənlər "seçki günü” Xankəndidə qarşıdurmanın yarana biləcəyini göstərir, hərçənd, mövcud vəziyyətdə Babayan "zəif bənd”dir və onun Şahramanyanı dəstəkləyən qrupa qarşı nəticə əldə etməsi çətin görünür. Bu baxımdan, qondarma "seçki” baş tutarsa, Şahramanyan separatçıların yeni "başçısı” olacaq.
Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma "seçkilərin” qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların "seçki günü”, yaxud ondan sonra atılması mümkündür.
539 dəfə oxundu