Arutyunyanın Xankəndidəki “ofisi” atəşə TUTULDU - VİDEO

Arutyunyanın Xankəndidəki “ofisi” atəşə TUTULDU -
Ötən gecə naməlum şəxslər Xankəndidə qondarma rejimin inzibati binasına silahlı hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, hücum edən şəxslər Xankəndidə qondarma rejimin başçısı Araik Arutunyanın oturduğu inzibati binaya avtomat silahdan atəş açıblar.

Atışma zamanı Araik Arutunyanın binada olub-olmadığı məlum deyil. Hücum nəticəsində ölən və yaralananların olması barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, Xankəndidə qondarma rejimə qarşı müxtəlif formalarda etirazlar mövcud idi. Qarabağdakı erməni quldurlar arasında gərginlik son vaxtlar daha da artıb.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
572 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...