“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi
Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC hazırda ev dustaqlığında olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun oğlunu məhkəməyə verib.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatına verilib və sentyabr ayınının 8-də hazırlıq iclası keçiriləcək.
Bildirək ki, “Paşa Bank” məhkəmə iddiasını kredit müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq qaldırıb.
“Paşa Bank” Səlim Müslümovun böyük oğlu Turqay Müslümlü ilə birgə ona məxsus “Orion Global” MMC şirkətini də məhkəməyə verib.
Qeyd edək ki, Səlim Müslümovun nazir vəzifəsində işlədiyi dövürdə - 23.11.2017-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov, ev 7A ünvanında 4 şirkət dövlət qeydiyyatına alınıb. Qeydiyyata alınan şirkətlərin qanuni təmsilçiləri Səlim Müslümovun oğlanları – Turqay və Asim Müslümlü qardaşları olub.
Turqay Səlim oğlu Müslümlü “Orion Global” MMC, “Orion Construction” MMC və “Orion Cars” MMC-nin qanuni təmsilçisi, Asim Səlim oğlu Müslümlü isə “Orion Creativ Solutions” MMC-nin qanuni təmsilçisidir.
“Paşa Bank”ın barəsində iddia qaldırdığı “Orion Global” MMC-nin dövlət büdcəsinə də böyük həcmdə - 102 min 481 manat 63 qəpik vergi borcu var.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

“Paşa Bank” Səlim Müslümovun oğlunu məhkəməyə verdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
543 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...